Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nyu-York əhalisi yenidən tibbi maskaya keçir -ÖZƏL

Nyu-York əhalisi yenidən tibbi maskaya keçir


Birləşmiş Ştatların Nyu-York şəhərinin əhalisi yenidən tibbi maskadan istifadə edəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Nyu York əyalətinin qubernatoru Keti Hochul məlumat verib.
O bildirib ki, Kanadada meşə yanğınlarının tüstüsünün təsirinə məruz qalma riski çərçivəsində pulsuz olaraq 1 milyon N95 tipli maska ictimaiyyətə paylanacaq.

Qubernator onu da deyib ki, hazırda ən təhlükəsiz olmağın yolu evdə qalmaqdır:

"Daha təhlükəsiz hava şəraitini gözləyərkən açıq hava fəaliyyətini təxirə salmağı və ya ləğv etməyi şiddətlə tövsiyə edirik. Əgər vacib vaxtlarda çöldə olmaq lazımdırsa, yüksək keyfiyyətli maska ​​taxın".


Mehman Mehdiyev
Xəbəri paylaş