Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyinin təşkil etdiyi şahmat turniri başa çatıb

Energetika Nazirliyinin təşkil etdiyi şahmat turniri başa çatıb


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Energetika Nazirliyinin təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə energetika sahəsində fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında keçirilən şahmat turniri başa çatıb.

Newscenter-az xəbər verir ki, İsveçrə sistemi üzrə təşkil edilmiş yarışda Energetika Nazirliyinin əməkdaşı Rauf Rzayev qalib olub. İkinci yeri “Azərenerji” ASC-nin əməkdaşı Famil İsgəndərov, üçüncü yeri isə SOCAR-ın təmsilçisi Şahid Şəmilov tutub.
Sonra turnirin mükafatlandırılma mərasimi keçirilib, qalib oyunçular diplom və hədiyyələrlə təltif olunub.

Oruc Niyazov
Xəbəri paylaş