Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika yenidən YUNESKO-ya qoşulmaq istəyir -ÖZƏL

Amerika yenidən YUNESKO-ya qoşulmaq istəyir


Vaşinqton Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) yenidən üzv olmaq istəyir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə bir bəyanatla ABŞ Dövlət Departamenti çıxış edib. Dövlət Departamentinin bəyanatında deyilir ki, Vaşinqtonun YUNESKO-ya yenidən üzv olmaq planını özündə əks etdirən sorğu məktubu dövlət katibinin inzibati və resurslar üzrə köməkçisi Riçard Verma tərəfindən sözügedən quruma çatdırılıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar ən son olaraq 2017-ci ildə, Donald Trampın prezidentliyi dövründə YUNESKO-dan çıxıb. Bundan əvvəl isə ABŞ 1983-cü ildə keçmiş prezident Ronald Reyqanın dövründə eyni addımı atıb. Lakin keçmiş ABŞ prezidenti Corc Buş hakimiyyətə gəldikdən iki il sonra, 2002-ci ildə Amerika yenidən təşkilata üzv oldu.

Mehman Mehdiyev
Xəbəri paylaş