ABŞ prezidenti Co Bayden Ağ Evdə nəzərdə tutulan bir sıra görüşlər və proqramlara qatıla bilməyib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb Amerika prezidentinin dişinin ağraması və bu səbəbdən müalicə alması olub.
Ağ Ev rəhbərinin həkimi Kevin Konnor deyib ki, Baydenin sağ alt dişində kəskin ağrılar yaranıb və onu müalicə etmək zərurəti yaranıb. Baydenin dişinin müalicə olunduğunu qeyd edən Konnor, heç bir fəsadın qeydə alınmadığını da deyib.
Qeyd edək ki, bu gün Bayden həm də NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edəcəkdi.
Anar Əliyev