Ermənistanda insan hüquq və azadlıqlarının pozulması adi hala çevrilib. Ölkə hakimiyyətinin hüquq-mühafizə orqanları, xüsusilə də polisə verdiyi həddən artıq səlahiyyət bu qurumun əməkdaşlarının qeyri-qanuni davranışlarının sayını artırıb. Artıq polislərin hüquqşünaslara, vəkillərə qarşı da kobud davranışları müşahidə edilir.
Newscenter.az-ın xəbərinə görə, bu günlərdə Ermənistanda polis əməkdaşları tərəfindən vəkilə qarşı zorakılıq edilib. Bu barədə Vəkillər Palatasının mətbuat katibi Silvi Tiqranyan məlumat verib.
O bildirib ki, sabah saat 11:00-da hadisə ilə bağlı mətbuat konfransı keçiriləcək.
Anar TAGİYEV