Finlandiyanın NATO-nun hərbi qanadına formal inteqrasiya prosesi başa çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Finlandiya prezidenti Sauli Niinistö açıqlayıb.
Finlandiyanın NATO-nun hərbi qanadına daxil olması prosesinin başa çatması haqqında birgə bəyannamənin imzalanması mərasimində çıxış edən prezident Sauli Niinistö, "Proses çox sürətlə irəliləyib. 30 ilə yaxındır ki, NATO ilə sıx əməkdaşlığımız və hərbi əməkdaşlıq imkanlarımız buna imkan verib" deyə, vurğulayıb.
İsveçin NATO üzvlüyünün onlar üçün son dərəcə əhəmiyyətli olduğuna diqqət çəkən Niinistö, "Mən dəfələrlə demişəm, amma bir daha təkrar edirəm ki, İsveçin üzvlüyü olmadan üzvlüyümüz tam olmayacaq. Finlandiya üçün İsveçin üzvlüyü təkcə siyasi deyil, həm də hərbi baxımdan vacibdir” deyə fikirlərini tamamlayıb.
Qeyd edək ki, Finlandiya NATO-nun 31-ci tamhüquqlu üzvü oldu,
Anar Əliyev