NATO tarixinin ən böyük hava təlimlərinə start verilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Almaniya Hərbi Hava Qüvvələrinin ev sahibliyi etdiyi təlimlər "Hava Müdafiəçisi 2023" adı altında keçirilir.
İyunun 23-dək davam edəcək təlimdə Türkiyə də daxil olmaqla 25 ölkədən 250 döyüş təyyarəsi və təxminən 10 min personal iştirak edir.
Almaniya Hərbi Hava Qüvvələrinin bütün ölkə üzrə bazaları təlim boyu istifadə olunacaq. Təlim zamanı gündə 250 döyüş zərbələri atılacaq.
Təlimdə Avropadakı NATO ölkələrindən 80, beynəlxalq tərəfdaşlardan isə 60 təyyarənin iştirakı nəzərdə tutulur.
Mehman Mehdiyev