Rusiya prezidenti Vladimir Putin Kremldə dövlət mükafatlarının təqdimetmə mərasimindən sonra keçirilən qeyri-rəsmi görüşdə sağlamlığına nəzarət etdiyini və mütəmadi olaraq tibbi müayinədən keçdiyini bildirib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
Mərasimdən sonra ölkə başçısı və dövlət mükafatlarını alan vətəndaşlar birlikdə şampan qədəhləri qaldırdılar. “Sağlamlıq və güc... həkimlərə getməmək üçün”, - qonaqlar Rusiya rəhbərinə arzularını çatdırıblar.
Prezident isə cavabında zarafatla deyib ki, müalicə olunmamaq üçün daim həkimə getmək lazımdır.
“Mən mütəmadi olaraq tibbi müayinədən keçirəm. Yəqin ki, hamı bunu etməlidir”, - Putin bildirib.
Tədbir iştirakçılarından biri əlavə etdi ki, müntəzəm idman bədəni molekulyar səviyyədə lazımsız hüceyrələrdən təmizləməyə imkan verir. Dövlət başçısı cavab verdi ki, belə olduqda “orqanizm sözün geniş mənasında lazımsız hüceyrələrdən təmizlənəcək”.
Anar TAGİYEV