Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Koreya lideri: "Ukrayna ilə müharibədə Rusiyaya tam dəstək verəcəyik" -ÖZƏL

Şimali Koreya lideri: "Ukrayna ilə müharibədə Rusiyaya tam dəstək verəcəyik"


"Ukrayna ilə müharibəni davam etdirən Rusiyaya tam dəstək verəcəyik onunla həmrəyik”.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirlər Şimali Koreya lideri Kim Çen Inin Rusiya Günü ilə bağlı prezident Vladimir Putinə ünvanladığı təbrik məktubunda yer alıb.

Pxenyan ilə Moskva arasındakı əlaqələri “dəyərli strateji əlaqələr” olaraq xarakterizə edən Şimali Koreya lideri ölkəsinin sözügedən əməkdaşlığı gücləndirməyə çalışacağını bildirib.

Qeyd edək ki, Ukraynadakı müharibəyə görə beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı embarqo və qınamalarına baxmayaraq, Pxenyanın Moskvaya silah göndərdiyi iddia edilir.

Mehman Mehdiyev
Xəbəri paylaş