Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Konqresində çıxış edəcək ikinci hindli nazir -ÖZƏL

ABŞ Konqresində çıxış edəcək ikinci hindli nazir


Hindistanın baş naziri Narendra Modi Birləşmiş Ştatlara səfərə gəlir.

Newscenter.az
trthaber-ə istinadn bildirir ki, hindli baş nazir iyunun 21-24-ü tarixlərində Amerikada səfərdə olacaq. Modi ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Baydendən rəsmi dövlət səfəri üçün dəvət alıb.

İyunun 22-də Ağ Evin bağçasında 21 topla başlayacaq qarşılanma mərasimi və şam yeməyindən bir gün əvvəl isə Modinin Bayden ailəsi ilə xüsusi şam yeməyi yeyəcəyi bildirilir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, səfər zamanı Bayden və Modinin birgə mətbuat konfransı keçirib-keçirməyəcəyi məlum deyil. Ancaq Modi ABŞ Konqresində çıxış edəcək. Bununla da Modi ikinci dəfə ABŞ Konqresində çıxış edən ilk Hindistan baş naziri olacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş