Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika büdcəsində 240 milyard dollar kəsir yarandı -ÖZƏL

Amerika büdcəsində 240 milyard dollar kəsir yarandı


May ayında Birləşmiş Ştatların dövlət büdcəsində böyük miqdarda kəsir qeydə alınıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Maliyyə Nazirliyinin açıqladığı statistik göstəricidə kəsir 240 milyard dollar qeyd edilir. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 174 milyard çoxdur. Belə ki, federal hökumətin keçən ilin eyni ayında 66 milyard dollarlıq büdcə kəsiri var idi. Bu da büdcə kəsirinin əvvəlki ilin eyni ayı ilə müqayisədə 263 faiz artması deməkdir.

Həmçinin, Birləşmiş Ştatlarda büdcə xərcləri də 9 faiz artaraq 4 trilyon 159 milyard dollara, gəlirlər isə yüzdə 11 azalaraq 2 trilyon 994 milyard dollara çatıb.

Mehman Mehdiyev
Xəbəri paylaş