İyunun 12-də Ağ Evdə nəzərdə tutulan bütün görüşlər və qəbulları təxirə salan Birləşmiş Ştatların prezidenti Co Baydenlə bağlı Ağ Evdən açıqlama verilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Co Baydenin diş ağrısından əziyyət çəkdiyini və bu səbəbdən iyunun 12-də nəzərdə tutulan görüşlərinin təxirə salındığını söyləyib.
Ağ Ev sözçüsü Baydenin diş ağrısından dolayı müalicə aldığını və hazırda səhhətinin yaxşı olduğunu vurğulayıb:
"Bayden özünü yaxşı hiss edir".
Mehman Mehdiyev