Belçikanın paytaxtı Brüsseldə səhiyyə və sosial sektor, eləcə də uşaq və qocaların baxıcılığı ilə məşğul olan minlərlə insan paytaxt Brüsselin küçələrinə axışıb.
Newscenter.az-ın trthaber-ə istinadən bildirir ki, nümayişçilər büdcədən səhiyyə və sosial xidmətlərə daha çox vəsait ayrılmasını tələb ediblər.
Əllərində “Səhiyyə işçiləri ilə həmrəylik”, “Qayğı əlçatan olmalıdır”, “Bizə hörmət edin” kimi şüarlar tutan etirazçılar Brüsselin Şimal Vağzalının qarşısında bir araya gələrək Cənub Dəmiryolu vağzalına doğru irəliləyiblər.
Aksiya zamanı nümayişçilər həmçinin, daha çox işçilərin işə götürülməsini, iş şəraitinin yaxşılaşdırılmasını, maaşlarının artırılmasını və iş yükünün yüngülləşdirilməsini tələb ediblər.
Mehman Mehdiyev