Fransa, Almaniya və Polşa liderləri Parisdə bir araya gəliblər.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Emmanuel Makron, Olaf Şolz və Anjey Duda Ukraynadakı son vəziyyəti, eləcə də Kiyevin Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər.
Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Ukraynanın özünü nümunəvi, cəsarətlə müdafiə etdiyinə diqqət çəkən Emmanuel Makron, "Ukraynaya hərbi, siyasi və iqtisadi sahədə fasiləsiz dəstəyin davam etdirilməsi lazımdır" deyərək, Kiyevin qələbəsinin bütün qitədə sülhə töhfə verəcəyini vurğulayıb.
Polşa prezidenti Anjey Duda bildirib ki, Rusiyanın başqa dövlətə hücum etmək və təsir dairəsini genişləndirmək imkanının olmaması üçün rus imperializmi çökdürülməlidir.
Alman kansleri Şolz isə qətiyyətlə Ukraynanın yanında olduqlarını və ehtiyac olduğu müddətcə Ukraynanın yanında olmağa davam edəcəklərini bildirib. .
Anar TAGİYEV