Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft tədarükünün azalması ilə bağlı xəbərdarlıq edib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, təşkilat may ayında əvvəlki ayla müqayisədə gündəlik neft tədarükünün 1 milyon barrel azaldığını bildirib.
Qurumun hesabatına görə, may ayında gündəlik xam neft hasilatı əvvəlki aya görə 464 min barrel azalaraq 28 milyon 60 min barel olub.
Bu dövrdə OPEK daxilində xam neft hasilatı ən çox Nigeriya, İran və Anqolada artıb. Xam neft hasilatının ən çox azaldığı ölkələr isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt olub.
Natiq Orucov