Türkiyənin "Qalatasaray" futbol klubu yeni transferlər üçün fəaliyyətə keçib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, Cimbom Dries Mertensin yanında yeni yarımmüdafiəçi almaq üçün axtarışlata başlayıb. Sarı-qırmızılıların gündəmində olan adlardan birinin Premyer Liqadan kənarda qalan “Sauthempton” komandasının oyunçusu Co Aribo olduğu bildirilir.
Nigeriyalı Co Aribo mövsümün əvvəlində “Reyncers”dən 7 milyon avroya transfer edilsə də, gözləntiləri doğrultmadı. Bu mənada futbolçunun komandası ilə yollarını ayıracağı gözlənilir. Futbolçunun “Qalatasaray”ın gündəmində olması sarı-qırmızılı azarkeşlərin diqqətini çəkib.