AVRO-2024-ün seçmə mərhələsində D qrupunda yer alan Türkiyə millisi ilə Latviya komandasının qarşılaşmasını idarə edəcək hakimin kimliyi məlum olub.
Newscenter.az "Haber Globa"-a istinadən bildirir ki, qarşılaşmanı macarıstanlı hakim Tamas Boqnar idarə edəcək. Türkiyə və Latviya yığmalarının qarşılaşması iyunun 16-da Latviyada baş tutacaq.
Qeyd edək ki, D qrupunda yer alan Türkiyə millisi 2 oyundan sonra 3 xalla 3-cü pillədə qərarlaşıb.
Oruc Niyazov