Türkiyənin "Fənərbağça" futbol klubu ilə müqaviləsi başa çatan Enner Valensiya bundan sonra Braziliyanın "İnternasional" komandasında top qovacaq.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, məşhur futbolçu Braziliya klubu ilə 3 illik müqavilə imzalayıb. 33 yaşlı ekvadorlu hücumçunun Səudiyyə Ərəbistanından gələn transfer təklifini rədd etdiyi və “İnternacional”ı seçdiyi bildirilir.
Qeyd edək ki, bu mövsüm ərzində "Fənərbaxça"nın heyətində 48 matçda forma geyinən Valensiya 33 qol vuraraq Super Liqanın bombardiri olub.
Oruc Niyazov