Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağ Ev: "İsveç Türkiyəyə verdiyi sözə əməl etdi" -ÖZƏL

Ağ Ev: "İsveç Türkiyəyə verdiyi sözə əməl etdi"


"İsveç NATO-ya daxil olmaq istiqamətində Türkiyəyə verdiyi sğzə əməl etdi. Artıq İsveçin hərbi alyansa üzv olması istiqamətində hansısa əngəl qalmayıb".

Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu fikirləri Ağ Evin sözçüsü Karine Jean-Pierre ənənəvi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

İsveçin PKK-ya bağlı məhbusu Türkiyəyə təhvil vermə qərarını xatırladan Jean-Pierre, "İsveç bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdi" deyə vurğulayıb.

Ağ Ev sözçüsü İsveçin ən qısa zamanda NATO üzvü olmasının zəruriliyini də vurğulayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş