Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kosmosa uçuş 200 min, orada qalmaq 9,5 milyon dollardır -ÖZƏL

Kosmosa uçuş 200 min, orada qalmaq 9,5 milyon dollardır


Turizm Strategiya və Araşdırma Mərkəzi (TURSAM) son illərdə gündəmdə olan kosmik turizmlə bağlı hesabat hazırlayıb.

Newscenter.az-ın trthaber-ə istinadən bildirdiyinə görə, qurumun hesabatında qeyd edilir ki, 1990-cı illərin sonunda ortaya çıxan və 2000-ci illərdə rəsmi olaraq başlayan kosmos turizmi iki şəkildə baş verir. Bunlardan birincisi kosmik uçuşlar adlanan aşağı yer orbitinə uçuşlardır, ikincisi isə suborbital, yəni yer atmosferinə gündəlik uçuşlar.

Orbital kosmik uçuşlar hazırda yalnız Rusiyanın “Soyuz” kosmik gəmisi ilə mümkündür. Rusiya Beynəlxalq Kosmik Stansiyanı təchiz etmək üçün ildə iki dəfə “Soyuz” gəmisini kosmosa göndərir. "Soyuz"da iki kosmonavt və potensial kosmos turisti üçün istəyə bağlı oturacaqlar var. Rusiya ildə iki dəfə kosmos turisti olmaq istəyənlər üçün mühüm fürsət yaradır.

Kosmik turizm bazarının 2029-cu ilə qədər 26 faiz artacağı gözlənilir. 2023-cü ildən 2030-cu ilə qədər ümumi təxmini gəlir ölçüsünün 4 milyard dollara çatacağı gözlənilir.

Məlumata görə, kosmosa uçuş 200 min, orada qalmaq 9,5 milyon dollardır.

Mehman Mehdiyev
Xəbəri paylaş