Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Montella dünya ulduzunu "Fənərbaxça"ya çağırdı -ÖZƏL

Montella dünya ulduzunu "Fənərbaxça"ya çağırdı


Jorge Jesusun gedişindən sonra "Fənərbağça"nın baş məşqçisi olacağı deyilən Vinçenzo Montella "Roma" ilə müqaviləsi başa çatan Stefan El Şaaravi ilə görüşüb.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, İtaliya mətbuatında yer alan xəbərə görə, "Fənərbağça"ya rəhbərlik etmə ehtimalı olan Montella "Roma" ilə müqaviləsi başa çatacaq Stefan El Şaaravini türk klubunda görmək istəyir.

Montella El Şaaravi ilə keçirdiyi görüşdə "Fənərbağça"ya gedəcəyi təqdirdə italyan ulduzun da onun yanında olmasını istəyib.

Qeyd edək ki, 30 yaşlı Stefan El Şaaravi ötən mövsüm "Roma"nın heyətində 42 rəsmi matçda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Oruc Niyazov
Xəbəri paylaş