“Lazım gələrsə tərkibində uran olan silahlardan istifadə edəcəyik”.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsindəki hazırkı durumu dəyərləndirərkən səsləndirib.
Rusiyanın Ukraynada yeni hücum əməliyyatına başlayıb-başlamayacağı ilə bağlı açıqlama verməyən Putin, “Vəziyyətdən asılı olaraq fərqli planlarımız ola bilər” deyə, vurğulayıb.
Ukraynanın əks-hücumları sona çatdıqda Rusiyanın Ukraynada atacağı addımlara qərar verəcəyini ifadə edən Putin deyib ki. lazım gələrsə, cavab olaraq tükənmiş uran ehtiva edən silahlardan istifadə edəcəyik.
Mehman Mehdiyev