"Beşiktaş"ın unudulmaz ulduzu Rikardo Kuarejma təmsil olunduğu türk klubuna həddən artıq bağlılığını etiraf edib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, Portuqaliya mətbuatında dərc edilən yazıya görə, Rikardo Kuarejma futbolu tərk etməmişdən əvvəl son dəfə “Beşiktaş” formasını geyinmək istədiyini deyib.
Təcrübəli ulduz bu istəyini rəhbərliyə çatdırarkən, ağ-qaraların yaxın günlərdə qərar verəcəyi bildirilib.
Beşiktaşın əfsanələrindən birinə çevrilən Kuarejma ağ-qara azarkeşlərin sevimlisinə çevrilib. 39 yaşlı ulduz 2 Super Liqa və 1 Türkiyə Kubokunun qalibi olub.
Oruc Niyazov