Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sudana humanitar yardımla bağlı beynəlxalq konfrans keçiriləcək -ÖZƏL

Sudana humanitar yardımla bağlı beynəlxalq konfrans keçiriləcək


Sudana humanitar yardımın göstərilməsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək.

Newscenter.az trthaer-ə istinadən bildirir ki, konfrans iyunun 19-da Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə baş tutacaq. Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Səudiyyə Ərəbistanı iyunun 19-da Sudan və regiona humanitar yardımı dəstəkləmək üçün yüksək səviyyəli konfransa həmsədrlik edəcək.

Konfransda Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Qətər, Misir və Almaniya iştirak edəcək. Konfrans çərçivəsində Səudiyyə tərəfindən Sudana 100 milyon dollarlıq yardım ayrılacaq.

Mehman Mehdiyev

Xəbəri paylaş