Cənubi Amerika ölkəsi Peruda arxeoloji qazıntılar zamanı 3000 ildən çox yaşı olduğu təxmin edilən mumiya tapılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, mumiya, paytaxt Limanın Rimak vadisindəki arxeoloji sahədə davam edən qazıntılar zamanı aşkar edilib.
Rimak şəhərinin meri Nestor de La Rosa yerli mediaya verdiyi açıqlamada mumiyanın bölgənin tarixini və ənənəsini qorumaq üçün qurulan "Huaca La Florida" tədqiqat proqramı sayəsində kəşf edildiyini bildirib.
Qeyd edək ki, arxeoloji qazıntıların aparıldığı ərazi qəbiristanlıq ərazisi olub. Mumiyanın ətrafından həmçinin, şüşə qablar, boyunbağı kasaları və s. aşkar edilib.
Mehman Mehdiyev