Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropada müsəlmanların saldığı bu şəhərdə yaşamaq niyə qadağandır? -ÖZƏL

Avropada müsəlmanların saldığı bu şəhərdə yaşamaq niyə qadağandır?


1950-ci illərin sonunda su altında qalacağı proqnozu ilə boşaldılan İspaniyanın Qranadilla qəsəbəsi illər keçsə də bu təhlükəni yaşamayıb.

Newscenter.az xəbər verir ki, bununla belə, şəhərdə yaşamaq hələ də qadağandır.
İspaniyanın kiçik orta əsr şəhəri olan Qranadilla IX əsrdə bölgə müsəlmanları tərəfindən qurulub. Ekstremadura şəhəri yaxınlığınd yerləşir.

1955-ci ildə 1 000-ə yaxın saknini yaşadığı kiçik şəhər 10 il ərzində tamamilə boşaldılıb. O vaxtdan bəri şəhərdə heç kim yaşamadı. Buna görə də onu xəyal şəhəri adlandırırlar.

Qəsəbənin boşaldılmasına səbəb Franko rejimi tərəfindən tikilmiş yeni bənddir. Bənd tikintisi ilə su altında qalmalı olan şəhərin bütün sakinləri evlərini tərk etməli olublar. Ancaq 50 ildən çox vaxt keçib və şəhərə heç bir şey olmayıb. Bununla belə, Qranadilla sakinlərinə köhnə evlərinə qayıtmaq hələ də qadağandır, çünki ərazi 1984-cü ildə tarixi incəsənət mərkəzi elan edilib.

Ancaq bu gün gənclər və turistlər buradan düşərgə kimi istifadə edirlər.

Anar TAĞIYEV
Xəbəri paylaş