"Dünya iqtissadiyyatı son 3 ildə 6 faiz inkişaf etdiyi halda, Türkiyə iqtisadiyyatı bu müddət ərzində 20 faiz inkişaf etdi. Günümüzdə Türkiyə real baxımdan ən güclü ölkədir. Xüsusilə, ixracatda və turizm sahəsində böyük artım var".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Cevdət Yılmza CNNTurk-ə müsahibəsində səsləndirib. İnflyasiyanın d2nyada problem olduğunu deyən Cevdət Yılmaz buna qarşı fərqli ölçüləri və elementləri ilə mübarizə aparacaqlarını bildirib:
"Məsələnin bir tərəfində təbii ki, pul siyasəti var. Xəzinə və Maliyyə Nazirliyimiz və Mərkəzi Bankımızın əhatə dairəsində olan məsələlər var. Lakin bu hamısı deyil. Cevdet Yılmaz deyib ki, ixracatımız, turizm gəlirlərimiz artırdıqca və valyuta qazanma fəaliyyətlərimiz yaxşılaşdıqca, məzənnədə daha sağlam bir təmələ sahib olacaq. "
Qısa müddətdə inflyasiyanın tək rəqəmli rəqəmlərə çatmayacağını və bunun Orta Müddətli Proqrama daxil ediləcəyini ifadə edən Yılmaz, "Bu müəyyən bir prosesdir. Cəmiyyətin böyük təbəqələrinin inflyasiya tərəfindən əzilməsinin qarşısını almaq və onların alıcılıq qabiliyyətini qorumaq üçün müəyyən tədbirlər görmüşük və görəcəyik. Bir sözlə müəyyən bir müddət içərisində inflyasiyanı azaldacağıq".
Mehman Mehdiyev