Millət vəkili Könül Nurullayeva vətəndaşlarla səyyar görüş keçirib
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı vətəndaşlarla görüşərək, onların çatdırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Könül Nurullayeva, həmçinin Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Rüstəm Rüstəmov küçəsi 76, 76B, Elşən Süleymanov 112, 114, və 118 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.
Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında asfalt örtüyünün yenilənməsi, söhbətgahların dam örtüyünün təmiri, ağaclara aqro-texniki qulluğun göstərilməsi, məhəllənin abadlaşdırılması, ailə-məişət problemindən əziyyət çəkən vətəndaşlara dəstəyin göstərilməsi, işlə təmin olunma və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır.
Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Ruhiyyə