Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan öz sonunu hazırlayır -ÖZƏL

Ermənistan öz sonunu hazırlayır


"Erməniləri təxribatlara kimin sövq etməsindən asılı olmayaraq məsuliyyət birbaşa Ermənistanın, bu ölkənin hərbi siyasi rəhbərliyinin üzərinə düşür".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Azərbaycanın isə bundan sonra daha otuz il danışıqlar aparmaq və ermənilərin nazı ilə oynamaq kimi bir fikri yoxdur:

"Hadisələrin gedişatı yeni hərbi əməliyyatları qaçılmaz edir. Başqa sözlə desək Ermənistan bilərəkdən ya da bilməyərəkdən öz sonunu hazırlayır. Odur ki, həm Ermənistan, həm də sülhə mane olan ayrı-ayrı dövlətlər bilməlidirlər ki, təxribatların davam edəcəyi, mövqelərimizin hədəfə alınacağı, Qarabağdakı erməni hərbi birləşmələrinin xoşluqla ərazilərimizi tərk etməyəcəyi halda baş verəcəklərdən ən çox zərər çəkən yenə elə Ermənistan olacaq".

Mehman Mehdiyev
Xəbəri paylaş