Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveç təhsildə planşetdən yenidən kağıza və kitaba qayıdır -ÖZƏL

İsveç təhsildə planşetdən yenidən kağıza və kitaba qayıdır


İsveç təhsil sistemində yenidən kitab və dəftərə qayıtmağı nəzərdə tutur.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bundan sonra məktəblərdə tədris zamanı kompüter və planşetlərdən deyil, kitab və dəftərlərdən istifadə olunacaq. Buna səbəb isə şagirdlərin savadlılıq bacarıqlarının azalması göstərilir.

Ölkənin Təhsil Nazirliyinin açıqlamasında qeyd edilir ki, gündəlikdə duran məsələ rəqəmsal lövhə, ekran, elektron cihazlarla vidalaşmaq və ənənəvi təhsil vasitələrinə qayıtmaqdır.

Qeyd edək k, iİsveç 15 il əvvəl müasir təhsil metodlarına keçib. Şagirdlərə hekayələri dəftərə yazmaq əvəzinə planşetdə qeydlər aparmağı öyrədiblər. Məqsəd texnoloji imkanlar sayəsində öyrənmə müddətini qısaltmaq və beyni sürətə alışdırmaq idi. Lakin zaman keçdikcə savadlılıq bacarıqlarının azalması müşahidə edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş