Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə silahlı insdent, çox sayda yaralı var -ÖZƏL

Türkiyədə silahlı insdent, çox sayda yaralı var


Türkiyədə silahlı insdent yaşanıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Samsunda qohumlar arasında qeydə alınıb.

Belə ki, qohumlar arasında baş verən mübahisə sonradan silahlı qarşıdurmaya çevrilib. Hadisə zamanı 7 nəfər güllə yarası alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Yerli polisin verdiyi açıqlamada yaralıların Samsunun Bafracalı qəsəbəsinin muxtarı və eyni zamanda Terme Palatasının rəhbəri olan Ferda E., Nazlıbəy E., Ramazan E., Tayfun E., Fethi E. və Həsən E. olduğu bildirilir. Silahlılar yaralı halda xəstəxanaya gətirildikləri zamanı təcili yardım otağında işləyən həkimi də güllələyiblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş