Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaqatalada “Technest” təqaüd proqramının məzun günü keçirilib

Zaqatalada “Technest” təqaüd proqramının məzun günü keçirilib


“Technest” təqaüd proqramı çərçivəsində Zaqatalada məzun günü keçirilib.

Newscenter.az xəbər verir ki, 4 ay müddətində “İT əsasları və veb proqramlaşdırma” üzrə baş tutan təlimlərin yekununda 30 nəfər məzun olub. Məzun gününün açılışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan HR institutu, Zaqatala rayon İcra hakimiyyətinin nümayəndəsi və Milli Məclisdən Zaqatalanı təmsil edən nümayəndələr iştirak edib.

Tədbirə Balakəndən olan məzunlar da qoşulub. Açılış nitqindən sonra auditoriyaya “Technest” təqaüd proqramı haqqında məlumat verilib, bu istiqamətdə görülən işlərdən danışılıb. Daha sonra İT əsasları və veb proqramlaşdırma üzrə məzun olan təqaüdçülər sertifikatlarla təltif olunublar.

Tədbirin sonunda auditoriya ilə sual-cavab sessiyası baş tutub.

Qeyd edək ki, “Rəqəmsal Azərbaycana doğru” layihəsi regionlarda rəqəmsal savadlılığın artırılması, İKT üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, regionun İKT sahəsində mövcud potensialının ölçülməsi, daimi monitorinqə əsasən tədbirlərin görülməsi və inkişafa dəstək göstərilməsi məqsədilə həyata keçirilir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 24 noyabr 2022-ci il tarixindən start verdiyi regional layihə çərçivəsində Azərbaycanın 60-dan çox şəhər və rayonlarında İKT üzrə maraq və təcrübəyə sahib, bu sahədə çalışan, tədris alan və karyera hədəfləyən region sakinləri ilə maarifləndirici, məlumatlandırıcı təlimlər, eyni zamanda icra orqanları, müvafiq təşkilat və qurumlarla ikitərəfli görüşlər keçirilir.

Sona

Xəbəri paylaş