Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Heydər Əliyev-100. Voleybola dəstək marafonu" keçirilib

"Heydər Əliyev-100. Voleybola dəstək marafonu" keçirilib


Azərbaycan Voleybol Federasiyası (AVF) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev-100. Voleybola dəstək marafonu" keçirib.

Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, marafonda gənclər və idman naziri Fərid Qayıbov, AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, qadınlardan və kişilərdən ibarət yığma komandalarımızın üzvləri, yeniyetmə, gənc və veteran voleybolçular, digər növlərlə məşğul olan idmançılar, nazirliyin və federasiyasının əməkdaşları, media nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Qaçış Dənizkənarı Bulvarda yerləşən "Dəniz Mall"un qarşısından start götürüb. Marafonçular buradan Bayraq meydanına və geriyə olmaqla, ümumilikdə 5 km məsafədə qaçıblar. Daha sonra "Dəniz Mall"un qarşısında qurulmuş voleybol meydançalarında milli voleybolçularımız və şəhər sakinlərinin iştirakı ilə simvolik yarış keçirilib. Burada, həmçinin marafon iştirakçıları və qonaqlar üçün voleybol oyunları və müxtəlif əyləncəli şoular təşkil olunub.
Qeyd edək ki, tədbir ölkə Prezidenti cənab İlham Əliyevin voleybolun paytaxtda və bölgələrimizdə inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqları çərçivəsində təşkil olunub. Marafon ölkəmizdə voleybolun inkişafı, geniş kütlə arasında yayılması, yeniyetmə və gənclərin bu idman növünə cəlb olunmasına xidmət edir. AVF-nin belə tədbirlərinin paytaxtla yanaşı, bölgələrdə də təşkili nəzərdə tutulur.

Oruc Niyazov
Xəbəri paylaş