8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan Çempionatında ilk turun oyunları keçirilib.
Newscenter.az Azərbaycan Şahmat Federasyasına istinadən bildirir ki, 16 rayon-şəhərdən 134 şahmatçının qatıldığı Azərbaycan çempionatı “Təhsil” Respublika İdman Məkrəzinin 3 nömrəli RİOEUGİM-in yarış zalında təşkil edilir. Dairəvi sistem üzrə keçirilən çempionatda 18 yaşadək oğlan və qızlarda 7 tur, digər bütün yaş qruplarında isə 11 tur olmaqla oynanılır.
Yarışın keçirilməsində əsas məqsəd ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyin qeyd edilməsi, Azərbaycanda yeniyetmə şahmatçılar arasında şahmatın kütləviliyinin daha da artırılması, dünya və Avropa çempionatlarında iştirak edəcək şahmatçıların müəyyən edilməsindən ibarətdir.
Çempionata 26 iyun 2023-cü il tarixində yekun vurulacaq.
Oruc Niyazov