Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyaya çağırış edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, təşkilat Rusiyadan lazımi humanitar yardımın çatdırılması üçün nəzarəti altında olan ərazilərə giriş icazəsi verməyi istəyib.
BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun Ukraynadakı Kaxovka bəndinin dağılmasından sonra humanitar yardımın effektiv çatdırılmasında Ukrayna və Rusiya hökumətləri ilə əməkdaşlıq etdiklərini bildirib.
“Rusiya Federasiyası hökuməti indiyədək onun müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə giriş xahişimizi rədd edib”-deyə, Denis Braun vurğulayıb.
Braun qeyd edib ki, Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə əməl etməyə çağırırıq.
Mehman Mehdiyev