Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

OPEC-in Baş katibi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

OPEC-in Baş katibi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib


Azərbaycanda səfərdə olan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Newscenter.az xəbər verir ki, qonaq daha sonra Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Sona
Xəbəri paylaş