Türkiyənin "Qalatasaray" futbol klubu amerikalı ulduz futbolçu Kristian Pulisici almaq istəyir.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bunun üçün türk klubu hazırda ulduz futbolçunun oynadığı İngiltərənin "Çelsi" komandasına 8 milyon avro təklif edib. Sözügedən komanda ilə yollarını ayırmaq istəyən amerikalı futbolçuya digər Avropa komandaları da maraq göstərir. Xüsusilə, "Milan", "Yuventus" və "Nyukasl Yunayted" amerikalı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, 24 yaşlı ulduz futbolçunun İngiltərə komandası ilə müqaviləsi 1 ildən sonra başa çatacaq. Pulişiç bu mövsüm "Çelsi"də 30 oyunda 1 saat 13 dəqiqə oynayaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. ABŞ-lı oyunçunun hazırkı bazar dəyəri 32 milyon avrodur.
"Çelsi" Pulisiçi 2016-cı ildə "Borussiya Dortmund"dan 64 milyon avroya transfer etmişdi.
Oruc Niyazov