"İyulun 1-dən Azərbaycanın quru sərhədlərinin açılması ölkə iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərəcək. Hesab edirik ki, müvafiq qurumlar quru sərhədləri ilə bağlı müsbət qərar qəbul edəcəklər".
Bu fikirlər İqtisadi Təhlil və Araşdırmalar Mərkəzinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, quru sərhədlərinin açılması xüsusilə, ölkə turizminin inkişafına öz müsbət təsirini göstərəcək:
"Qarşıdan turizm mövsümü gəlir. Quru sərhədlərinin açılması Azərbaycana həm Gürcüstan, həm də Rusiyadan çoxlu sayda turistlərin səfər etməsinə imkan yaradar. Eyni zamanda Gürcüstana səfər edən xarici turistlər quru sərhədi vasitəsilə Azərbaycana da keçmək, ölkəmizin təbiəti, turizm potensialı ilə maraqlanmaq istəyirlər. Pandemiya dövründən quru sərhədlərinin bağlı olması bunu mümkünsüz edirdi. İndi artıq pandemiya arxada qalıb və sərhədləri açmaq olar. Quru sərhədlərinin açılması Azərbaycan turizminə, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına öz msbət təsirini göstərəcək".
Natiq Orucov