Qlobal istiləşmə dünyanın hər bir nöqtəsində öz təsirini göstərir. Xüsusilə, Avropa bu problemdən əziyyət çəkir.
Newscenter.az-ın "Haber Global"-a istinadən verdiyi xəbərə görə, Dünya Meteorologiya Təşkilatı və Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidmətinin “Avropada İqlim Vəziyyəti 2022” adlı hesabatında qeyd edilir ki, Avropa yer üzündə ən sürətlə istiləşən qitədir və 1980-ci illərdən bəri qitədə temperatur artımı qlobal orta göstəricidən iki dəfə artıq olub.
Dünyada temperaturun orta səviyyədən aşağı olduğu cəmi 2 ölkə var ki, o da Türkiyə və İslandiyadır.
Hesabatda bildirilir ki, keçən ilin ən isti yayı yaşayan Avropanın bir çox ölkəsində isti dalğaları müşahidə edilib. İngiltərədə havanın temperaturu ilk dəfə 40 dərəcəni keçib. Məlumata görə, Avropada hər 10 ildən bir havanın temperaturu 0,5 dərəcə artır. Bu, 1980-ci illərdən bəri qlobal orta göstəricidən iki dəfə yüksək olaraq qeydə alınıb. Keçən il Avropada hava şəraitindən 16 min insan həyatını itirib. Bu insanların 99,6 faizi istilər səbəbindən dünyasını dəyişib.
Sona