Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gülüstan” sarayında İnsan Resursları Zirvəsi keçirilir.
Newscenter.az xəbər verir ki, insan resursları sahəsi üzrə mütəxəssislərin bir araya gəldiyi tədbir “Gələcəyə qayıdış” devizi ilə baş tutub.
Tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır.
İki gün davam edəcək Zirvə çərçivəsində çıxışlar, panel müzakirələr və vorkşoplar təşkil olunacaq. Tədbirin birinci günü “Yerin dərinliyindən beyin dərinliyinə köç. Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu”, “Köçü qarşıla. Dövlət və özəl müəssisələrdə insan resursları idarəçiliyi”, ikinci gün isə “Yeni səhifəyə keç. Rəqəmsal transformasiya və insan resursları”, “Məşğul insan. Strateji insan resursları idarəetməsi” mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə panel müzakirələr aparılacaq.
Tədbirdə dövlət və özəl sektor nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, insan resursları üzrə mütəxəssislər və digər qonaqlar iştirak edir.
Sona