"Nə olursa olsun, müqavimət göstərməyən və polisin tələbini yerinə yetirən vətəndaşa, xûsusulə də qadına qarşı zor tətbiq etmək doğru deyil. İstənilən halda baş verən xoşagəlməz hadisə araşdırılmalıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev ötən gün Gədəbəydə polis əməkdaşları ilə yerli sakinlər arasında baş verən insdentə münasibət bildidrərkən səsləndirib. O bildirib ki, polis adına yaraşmayan hərəkətə yol verən cəzalandırılmalıdır:
"Vətəndaşa zor tətbiq etməklə düşmənə bizə qarşı istifadə edə biləcəyi mövzu vermək böyük qəbahətdir. Yəqin ki, sərt tədbir görüləcək. Vacib olanı bu kimi halların təkrar olunmamasıdır".
Anar Əliyev