Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının növbəti iclası keçirilib


Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Newscenter.az xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin sədrliyi ilə keçirilən iclasda Xidmətin 2022-ci il üzrə fəaliyyətinə dair illik və maliyyə hesabatlarının, qurumun fəaliyyətindəki şəffaflığın daha da artırılması, Xidmətin əməkdaşlarına rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Korrupsiyaya qarşı mübarizə Siyasətinin təsdiqi müzakirə edilib. Həmçinin Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərovun ötən 6 ay ərzində Xidmət tərəfindən görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

İclasın yekununda Xidmətin 2022-ci ildə fəaliyyətinə dair illik və maliyyə hesabatlarının, həmçinin Korrupsiyaya qarşı mübarizə Siyasətinin təsdiqi barədə müvafiq qərarlar qəbul olunub.

Anar Əliyev
Xəbəri paylaş