Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktor Reyçl Tomson Azərbaycana 4 günlük səfər edib.
Newscenter.az-a daxil olan məlumata görə, Reyçl Tomson Azərbaycan Respublikasının maliyyə naziri və AİB-in Rəhbərlər Şurasında Azərbaycan heyətinin rəhbəri Samir Şərifov, iqtisadiyyat naziri və AİB-in Rəhbərlər Şurasında Azərbaycan heyətinin əvəzləyici rəhbəri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər rəsmilər ilə görüşlər keçirib.
Hökumət nümayəndələri ilə görüşlərdə əsas müzakirə mövzuları ölkədə sosial-iqtisadi inkişaf üzrə prioritetlər, maliyyə sisteminin inkişafı, AİB-in həyata keçirdiyi layihələr, eləcə də bankın Azərbaycanla gələcək əməkdaşlıq perspektivləri olub.
Reyml Tomson səfər çərçivəsində həm də özəl sektorun aparıcı nümayəndələri və inkişaf tərəfdaşları ilə görüşüb.
Xatırladaq ki, bu, xanımın Azərbaycana sayca 2-ci səfəridir.
O, ilk dəfə ölkəyə 2015-ci ildə bankın Bakıda keçirilən 48-ci İllik Toplantısında iştirak etmək üçün səfər edib.
Natiq Orucov