Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Barselona"dan "Real Madrid"ə "irqçilik" ittihamı -ÖZƏL

"Barselona"dan  "Real Madrid"ə "irqçilik" ittihamı


İspaniyanın "Barselona" klubu "Real Madrid"i irqçilikdə ittiham edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb nigeriyalı basketbolçu Ceyms Nnajinin irqçi zəminində təzyiqlərə məruz qalmasıdır.

Barselona Klubunun verdiyi açıqlamada iddia edilir ki, İspaniya 1-ci Basketbol Liqasının (ACB) play-off final seriyasında dünən axşam Real Madrid ilə oynadıqları matçdan əvvəl idman zalının giriş qapısında gözləyən bir qrup Real Madrid azarkeşi Ceyms Nnaji başda olmaqla bəzi basketbolçulara və texniki heyətin ünvanına xoşagəlməyən ifadələr işlədib, irqçi təhqirlər səsləndiriblər.

Oruc Niyazov
Xəbəri paylaş