Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyalı turistlər daha çox Türkiyəyə üstünlük verir -ÖZƏL

Rusiyalı turistlər daha çox Türkiyəyə üstünlük verir


Türkiyəyə turist səfərləri edən xarici ölkə vətəndaşları arasında Rusiya ilk yeri tutur.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi açıqlayıb. Nazirliyin açıqlamasından aydın olur ki, car ilin ilk 5 ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin reytinqində Rusiya Federasiyası ilk yeri tutur. Keçən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan Türkiyəyə gələn turistlərin sayı 110,12 faiz artıb.

Almaniya 20,75 faiz artımla ikinci, Bolqarıstan isə üçüncü yerdə qərarlaşıb. Bolqarıstandan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə gələn turistlərin sayında 11,64 faiz artım qeydə alınıb. Sonrakı yerləri isə İngiltərə (Birləşmiş Krallıq) və İran tutur.

Natiq Orucov
Xəbəri paylaş