Son günlər Gədəbəy rayonunun Söyüdlü kəndi ətrafında baş verənlər istər-istəməz bu kəndi diqqət mərkəzinə çevirib. Kənd sakinləri sözügedən süni gölün yaradılmasına etiraz etməklə yanaşı, sosial durumlarının ağırlığından da şikayət edirlər.
Newscenter.az-ın xəbərinə görə, ictimai-siyasi fəal Ərşad Hüseynov deyib ki, Söyüdlü kəndi Gədəbəyin ən səfalı yerlərindən biridir və burada turizmi inkişaf etdirmək mümkündür. Onun sözlərinə görə, məşhur tarixi abidə olan Qız qalası (Namərdqala deyənlər də var) bu kəndin ərazisindədir:
"Orada arxeoloji turizm, ekoturizm və turizmin digər növləri üçün gözəl şərait yaratmaq olar. Əgər belə edilsə, bütövlükdə Gədəbəy rayonunun və Söyüdlü kəndinin iqtisadi inkişafında ciddi irəliləyiş olar. Rayon rəhbərliyi bu işlərlə məşğul olsa, investorlar cəlb etsə, yaxud elə rayon camaatının, rayonun iş adamlarının özlərinə şərait yaratsa, gözəl olar".
Natiq Orucov