Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk hava yollarından yeni rekord -ÖZƏL

Türk hava yollarından yeni rekord


Türk Hava Yolları (THY) yeni rekorda imza atır.

Newscenter.az şirkətin Mətbuat Müşavirliyinə istinadən bildirir ki, THY Qurban bayramı ərəfəsində, eləcə də bayram günlərində 1664 uçuş həyata keçirəcək. Bu uçuşlar zamanı isə 285 min 877 sərnişin daşınacaq.

THY 23 iyun - 2 iyul tarixləri arasında ümumilikdə 204 əlavə daxili və beynəlxalq uçuş təşkil edəcək. Bunlardan 198-i İstanbul Hava Limanından olacaq.

Şirkətdən bildirilib ki, Türkiyədə ən çox üstünlük verilən uçuş istiqamətləri Adana, Trabzon, Antalya və Dalaman, xaricdə isə Kipr olub. Aviaşirkət 912 beynəlxalq reyslə 171 min 757 sərnişinə, 712 daxili reyslə isə 114 min 115 sərnişinə xidmət göstərəcək. Bu rəqəmlərlə THY aprelin 23-də həyata keçirilən 1653 uçuş və 278 min 299 sərnişin rekordunu keçəcək.

Natiq Orucov
Xəbəri paylaş