Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Yuventus" ulduz futbolçu ilə vidalaşdı -ÖZƏL

"Yuventus" ulduz futbolçu ilə vidalaşdı


İtaliya A Seriyasının komandalarından olan "Yuventus" ötən mövsümü komandada icarə əsasında keçirən və bu mövsüm "Qalatasaray"ın transfer gündəminə daxil olan Leandro Paredeslə yollarını ayırıb.

Newscenter.az klubun rəsmi internet saytına iistinadən bildirir ki, icarə müqaviləsi başa çatan Leandro Paredes bundan sonra PSJ-də top qovacaq.

29 yaşlı argentinalı yarımmüdafiəçi geridə qoyduğumuz 2022-2023 mövsümündə "Yuventus"un heyətində 35 oyunda 1 qol - 1 məhsuldar ötürmə edib.

PSJ ilə 40 milyon avrolu 1 illik müqaviləsi olan Leandro Paredesi Türkiyənin "Qalatasaray" klubu da transfer etmək istəyir.

Oruc Niyazov
Xəbəri paylaş