Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

158 nəfər doktorantın təhsili ilə bağlı xərclər ARDNF tərəfindən maliyyələşdirilib -ÖZƏL

158 nəfər doktorantın təhsili ilə bağlı xərclər ARDNF tərəfindən maliyyələşdirilib


“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində il ərzində Elm və Təhsil Nazirliyinin sifarişləri əsasında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 22 203,3 min manat vəsait ayrılıb.

Newscenter.az-a Fonddan bildirilib ki, Azərbaycan vətəndaşlarının xaricdə doktorantura üzrə təhsilinin maliyyələşdirilməsi üzrə 7 166,4 min manat, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə isə 14 698,1 min manat vəsait ayrılıb.

2022-ci ilin sonuna Dövlət Proqramı çərçivəsində ümumilikdə 158 nəfər doktorantın təhsili ilə bağlı xərclər ARDNF tərəfindən maliyyələşdirilib.

Xarici ölkələrin universitetlərində doktorantura pilləsində təhsil alan tələbələrin əksər hissəsi iqtisadiyyat və idarəetmə (41 nəfər), təbiət (37 nəfər) və səhiyyə və rifah (23 nəfər) ixtisasları sahələrində təhsil alırlar.

Natiq Orucov
Xəbəri paylaş