Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADNSU-da keyfiyyəti idarəetmə mövzusunda təlim keçirilib

ADNSU-da keyfiyyəti idarəetmə mövzusunda təlim keçirilib


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə və müəllim heyəti üçün AZS İSO 9001:2020 ”Keyfiyyəti İdarəetmə Sistemi.Tələblər” standartı əsasında biliklərin artırılması məqsədilə təlim keçirilib.

Newscenter.az xəbər verir ki, təlim Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.
Tədbir çərçivəsində AZSTAND-ın fəaliyyəti, milli standartlaşdırma sistemi, idarəetmə standartları, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat verilib. Təlimi aparan ekspertlər təqdimatla çıxış ediblər, sonda mövzu üzrə suallar cavablandırılıb, müzakirələr aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş